İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi və Türkiyənin Xarici İşlər naziri Hakan Fidan birgə mətbuat konfransı keçiriblər.
Seyid Abbas Əraqçi bu mətbuat konfransında Türkiyəyə qonaqpərvərliyə görə təşəkkür etməklə yanaşı deyib: “Suriyada fəaliyyət göstərən təkfirçi terrorçu qrupların ABŞ və sionist rejimlə sıx əlaqəsi və koordinasiyası var. Onlar diqqəti sionist rejimin Fələstin və Livandakı cinayətlərindən yayındırmaq və müqavimət qarşısında aldıqları məğlubiyyətləri kompensasiya etmək məqsədi ilə bu qrupları Suriyada əmin-amanlığı pozmağa təşviq ediblər.”
“Suriyanın şimalında təkfirçi terrorçu qrupların yenidən fəallaşması və bu qruplaşmaların müxtəlif bölgələrə, o cümlədən Hələb şəhərinə hücumları narahatlıq doğurur. Suriyada terrorun geri qayıtması Suriyanın təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü ciddi şəkildə təhdid edir. Belə bir təhlükəli vəziyyətin nəticələri şübhəsiz ki, bütün ölkələrə, xüsusən də Suriyanın qonşularına təsir edəcək” - deyə, o, əlavə edib.
Əraqçi vurğulayıb: “Biz hesab edirik ki, sionist rejimin regionda və bölgə ölkələrində gərginlik, iğtişaşlar və qarşıdurmaların yaradılmasındakı rolunu gözardı etmək səhvdir və bu rejimin rolu heç vaxt unudulmamalıdır.”
Ölkəmizin diplomatik xidmətinin rəhbəri deyib: “Biz Astana prosesinin növbəti görüşünün tezliklə xarici işlər nazirləri səviyyəsində keçirilməsi barədə razılığa gəldik. Biz bu tendensiyanı qorumaq istəyirik və hesab edirik ki, bu prosesin davamını çətinləşdirəcək heç bir iş görülməməlidir.”
Əraqçi bildirib: “Biz hesab edirik ki, Suriyada əmin-amanlığın pozulması layihəsi sionist layihədir və heç kim sionist rejimin rolunu görməməzliyə vurmamalıdır.”
Xarici İşlər naziri qeyd edib: “Biz qonşu ölkələr olaraq Suriyada təhlükəsizliyin və siyasi sabitliyin pozulmasının qarşısını almaq üçün təcili və təsirli tədbirlər görməliyik. Suriyaya tam dəstəyimizi bəyan edirik.”
“Biz keçmişdə olduğu kimi Suriya hökuməti, ordusu və xalqının yanında olmağa davam edəcəyik. Bölgədə sabitliyi və sülhü qorumaq üçün Suriyada sabitliyin və sülhün çox vacib olduğunu düşünürük” - deyə, Əraqçi vurğulayıb.
Fidan da bu mətbuat konfransında bildirib: “Atəşkəsin daimi və sabit olması üçün İsrailə lazımi təzyiqlər edilməlidir. Bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olması Fələstində sülhün bərqərar olması ilə mümkün olacaq.”
“Heç bir şey Qəzzənin unudulmasına səbəb olmamalıdır. Biz soyqırımın dayandırılması və Fələstin dövlətinin yaradılması istiqamətində fəaliyyətimizi davam etdirməliyik. Beynəlxalq Məhkəmənin Netanyahu və Qalant haqqında həbs qərarı ədalət baxımından ümidverici addımdır” - deyə, o, əlavə edib.
Türkiyənin Xarici İşlər naziri vurğulayıb: “Suriya hadisələrini indiki mərhələdə xarici müdaxilələr əsasında izah etməyə çalışmaq yanlış olardı.”
Fidan qeyd edib: “Biz hər zaman Suriyanın ərazi bütövlüyünün və birliyinin qorunmasını dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Türkiyə qeyri-sabit atmosferdən istifadə etməyə çalışan terror təşkilatlarının heç bir şəkildə keçməsinə əsla icazə verməyəcək. Biz milli təhlükəsizliyə və xalqımıza qarşı mövcud olan bütün təhdidləri ən başlanğıcda məhv edəcəyik.”
İki ölkənin xarici işlər nazirlərinin mətbuat konfransında açıqlandı: İran və Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir
2 dekabr 2024 at 17:00
Xəbər kodu:
85677894
Ankara - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransında deyib: “Astana prosesinin görüşünün nailiyyətlərini qorumaqla bağlı yekdil fikirdəyik və bu proseslə bağlı xarici işlər nazirlərinin növbəti görüşünün tezliklə keçirilməsi haqda razılığa gəldik.”
Sizin rəyiniz